Atambayevin işinə daha 2 maddə əlavə olundu


13:54     15 Avqust 2019 19_08_15_1565862874.jpg


Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayevin cinayət işinə daha iki maddə əlavə edilib.


Femida.az xəbər verir ki, bu barədə onun vəkili Sergey Slesarev “RİA Novosti”yə bildirib. Slesarevin sözlərinə görə, yeni maddələr Atambayevin Koy-Daş kəndində torpaq alması ilə əlaqədardır.

Bununla da, eks-prezident 10 ağır və xüsusilə ağır cinayətlərdə ittiham olunur.

Femida.az

Açar sözlər: #Atambayev  

Oxunub: 358