Dağlıq Qarabağın azərbaycanlı icması etiraz məktubu yayıb
14:28 15 Avqust 2019
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avstraliyanın bəzi rəsmilərinin ölkəmizin işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qanunsuz separatçı rejimin “üzvləri”nin səfəri və səfər çərçivəsində keçirilən görüşlə əlaqədar Avstraliya hökumətinə və qanunverici orqanına etiraz məktubu göndərib.
Femida.az-a daxil olan məktubda bildirilir ki, qondarma rejimin üzvlərinin Avstraliyaya səfər etməsi birbaşa Avstraliya hökumətinin rəsmi mövqeyinə ziddir.
“Avstraliya hökuməti Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini və bu mövqeyin dəyişməz olduğunu bəyan edib. Qeyd edirik ki, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağda etnik təmizləmə aparılıb və yüz minlərlə soydaşımız öz torpaqlarından didərgin düşüb. Bu gün erməni diasporu Avstraliyada qondarma rejimi təbliğ edir və işğalın nəticələrini legitimləşdirməyə çalışır. Belə bir məqamda qondarma rejimin “üzvləri”nə bəzi Avstraliya rəsmiləri tərəfindən “xoş münasibət” göstərilməsini biz, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq qəbuledilməz hesab edirik”, - məktubda qeyd olunub.
Məktubu Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev, icmanın idarə heyətinin üzvləri Flora Qasımova, Asif Cahangirov, Elçin Əhmədov, Dürdanə Ağayeva, Xatirə Vəliyeva, Samirə Hüseynova, Nigar Mövsümlü və.s imzalayıblar.
Oxunub: 362
Oxşar xəbərlər
- Dağlıq ərazilərdə yağıntılı hava şəraiti martın 24-dək davam edəcək, qar yağacaq
- Dağlıq ərazidə narkotik tərkibli bitkilər yetişdirən həmkəndlilər saxlanılıb
- Dağlıq Qarabağın Azərbaycanlı İcması yaxın gələcəkdə Şuşaya köçürüləcək
- Dağlıq Qarabağla bağlı əldə olunan razılaşmalara əməl olunur - Putin
- Dağlıq Qarabağ və ətraf regionların enerji potensialı
- Dağlıq Qarabağın Azərbaycanlı İcması işğal altındakı ərazilərdə yaşayan ermənilərə müraciət edib
- Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması bəyanat yaydı
- Dağlıq ərazidə yanğın başlayıb
- Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasından BƏYANAT
- Dağlıq Qarabağdakı saxta "seçkilər"lə bağlı BMT-nin Baş katibinə məktub ünvanlandı