UEFA “Qarabağ”a qarşı intizam işi açıb
14:50 15 Avqust 2019
UEFA-nın Nəzarət, Etika və İntizam Komitəsi növbəti dəfə "Qarabağ"a qarşı intizam işi açıb.
Femida.az xəbər verir ki, araşdırma avqustun 13-də Tofiq Bəhramov adına Respublika stadionunda Kipr APOEL-i ilə keçirilən Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin cavab oyunu ilə əlaqədardır.
Məhkəmə işinə səbəb Ağdam təmsilçisinin azarkeşlərinin həmin qarşılaşmada meydana kənar əşyalar atmasıdır. Bu məsələyə sentyabrın 19-da baxılacaq.
Qeyd edək ki, "Qarabağ" Kiprdə rəqibini məğlub etsə də (2:1), cavab oyununda 0:2 hesabı ilə uduzaraq Çempionlar Liqası ilə vidalaşıb. UEFA daha öncə ÇL-in II təsnifat mərhələsində İrlandiya "Dandolk"u ilə (3:0) cavab matçı üçün də ölkə çempionuna qarşı intizam işi açmışdı. Həmin iş avqustun 22-də nəzərdən keçiriləcək.
“Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" kollektivi ilə üz-üzə gələcək. İlk oyun aqustun 22-də səfərdə, cavab görüşü isə bir həftə sonra Bakıda keçiriləcək.
Oxunub: 467
Oxşar xəbərlər
- UEFA "Qarabağ"ın mətbuat katibi ilə bağlı qərarını verdi
- UEFA Millətlər Liqasının oyununu ləğv edib
- UEFA Azərbaycan klublarının borcunu açıqladı: 20 milyon avro
- UEFA "Qarabağ"ın hesabına 260 min köçürüb
- UEFA Azərbaycan futbol klublarına vəsait ayırdı
- UEFA Azərbaycan klubuna 40 min avro cərimə yazdı
- UEFA əsgər salamına görə Türkiyə millisinə intizam işi açdı
- UEFA "Qarabağ"ı yenə cərimələdi
- UEFA "Qarabağ"ı cərimələyib
- UEFA-nın 70 nəfərlik heyəti Bakıya gəlib