İrəvanda yenidən etiraz aksiyası keçirildi - FOTO


16:05     15 Avqust 2019 19_08_15_1565870732.jpg


Ermənistanın paytaxtı İrəvanda etiraz aksiyası keçirilib.


Femida.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bir qrup vətəndaş Amulsar qızıl mədənində aparılan işlərin ətraf mühitə zərər vurmasına etiraz edib. Nümayişçilər hökumət binasının qarşısında toplaşıb, öz tələblərini irəli sürüblər.

Əraziyə cəlb olunan polislər aksiyanın qarşısını almağa çalışıblar. Etirazçılar tələbləri yerinə yetirilməyənə qədər aksiyaları davam etdirəcəklərini bəyan ediblər.



Femida.az

Açar sözlər: #İrəvan  

Oxunub: 317