Xırdalanda köməksiz qalan azyaşlı xilas olundu


18:20     15 Avqust 2019 19_08_15_1565872773.jpg

Abşeron rayonunun Xırdalan şəhərində bir nəfər azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Femida.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub.

Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və azyaşlını aidiyyəti üzrə təhvil verib.

Açar sözlər:

Oxunub: 381