Avtobusda maşın ehtiyat hissələri keçirdi


18:52     15 Avqust 2019 19_08_15_1565872996.jpg

Rusiya istiqamətindən Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz 0303” markalı avtobusa gömrük baxışı keçirilib.

Dövlət Gömrük Komitəsindən Femida.az-a verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ehtiyat hissələrinin saxlanması üçün nəzərdə tutulan hissəsində gömrük orqanına əvvəlcədən bəyan edilməyən 30 ədəd avtomobil ehtiyat hissəsi aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 406