Azərbaycanın milli antivirus proqramı gələn ay istifadəyə veriləcək


17:12     15 Avqust 2019 19_08_15_1565873133.jpg

Azərbaycan gələn ay milli antivirus proqramını istifadəyə verməyə hazırlaşır.

Bu barədə “Report”a hökumətdəki mənbə bildirib.

“Hazırda antivirus proqramının üzərində son işlər gedir. Bu işlərin sentyabrda yekunlaşdırılması nəzərdə tutulub. Proqramın adı hələ ki, müəyyən edilməyib”, - deyə mənbə qeyd edib.

Xatırladaq ki, proqramın hazırlanması barədə ilk dəfə bu ilin mart ayında Bakıda keçirilmiş "Kibertəhlükəsizlik həftəsi" çərçivəsində məlumat verilib.

Açar sözlər:

Oxunub: 399