AQTA rəsmiləri sahibkarlarla görüşüb

AQTA rəsmiləri sahibkarlarla görüşüb


17:31     15 Avqust 2019 19_08_15_1565873407.jpg

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Respublika üzrə fitosanitar müşahidələr və fermerlərin bu sahədə maarifləndirilməsi tədbirlərini davam etdirir. Bu istiqamətdə Agentliyin mütəxəssisləri növbəti dəfə Lənkəran rayonunda sitrus bitkiləri becərən sahibkarlarla görüşüblər.


AQTA-dan Femida.az -a verilən məlumata görə, sahibkarlara aqrokimyəvi maddələrdən istifadə, pestisidlərlə işləyən zaman əməl edilməli təhlükəsizlik qaydaları barədə geniş məlumat verilib. Bildirilib ki, sitrus bitkilərinə zərər verən orqanizmlər və onlara qarşı mübarizə tədbirləri yüksək məhsuldarlığa nail olmaq və fitosanitar sabitliyi qorumaq baxımından çox vacibdir.

Görüş çərçivəsində Agentlik mütəxəssisləri tərəfindən sitrus bağlarında müşahidələr aparılıb, təsərrüfat sahiblərinə lazımi tövsiyyələr veriilib.

Agentliyin əməkdaşları tərəfindən növbəti fitosanitar müşahidələr Beylaqan rayonunda 187 hektar nar bağında aparılıb. Müşahidələr zamanı meyvə bağlarında zərərli orqanizmlərdən olan mənənə ve yastıcalar aşkarlanıb. Təsərrüfat sahiblərinə kimyəvi preparatlardan istifadə qaydaları və təhlükəsizlik tədbirləri barədə məlumatlar verilib, onlara Agentliyin bu mövzuda hazırladığı maarifləndirici məlumatlar təqdim olunub.

Açar sözlər:

Oxunub: 172