Kremlin ərazisində İkinci Dünya müharibəsindən qalan bomba tapılıb


17:41     15 Avqust 2019 19_08_15_1565873807.jpg

Moskvada Kremlin ərazisində İkinci Dünya müharibəsindən qalan bomba tapılıb.



Femida.az -ın verdiyi xəbərə görə, bu barədə Kremlin komendantı general-leytnant Sergey Xlebnikov məlumat verib.

Onun sözlərinə görə, aviasiya bombası Kremlin ərazisində torpaq bərkidilən zaman aşkar edilib: "Çar dövründə həmin yerdə buzxana yerləşib. Orada hidroizolyasiya üçün torpağı qazıblar".

Kremlin komendantı bombanın zərərsizləşdirildiyini və məhv edilməsi üçün aparıldığını söyləyib.

Qeyd edək ki, 1941-ci ilin 10-11 avqust tarixlərində İkinci Dünya müharibəsi zamanı atılan bombalardan biri Kremlin Nikolskaya qülləsinin yanına düşüb.

Açar sözlər:

Oxunub: 443


Oxşar xəbərlər