Ombudsmanın nümayəndələri fərari erməni hərbçiyə baş çəkib
19:28 15 Avqust 2019
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolu və Ombudsman haqqında Konstitusiya Qanununa uyğun fəaliyyət göstərən Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Müdafiə Nazirliyinin Hauptvaxtına əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçiriblər.
Ombudsman Aparatından Femida.az-a verilən məlumata görə, başçəkmədə məqsəd 2019-cu il avqustun 12-si səhər saatlarında cəbhənin Füzuli rayonu istiqamətində fərarilik etmiş erməni hərbi qulluqçusu Kazaryan Aro Xaykoviçin saxlanılma şəraitinin və rəftarın araşdırılması, onun hüquqlarının təmin olunması vəziyyətinin öyrənilməsi olub.
A.Kazaryanla tərcüməçinin iştirakı ilə söhbət zamanı o, həkim müayinəsindən keçdiyini, səhhətinin normal olduğunu, saxlanılma şəraitidən, onunla rəftardan və qida təminatından razı qaldığını, ona qarşı insan hüquqlarının pozulmasına yol verilmədiyini və hər hansı bir şikayətinin olmadığını bildirib.
Femida.az
Oxunub: 543
Oxşar xəbərlər
- Məşhur idmançılar Prezidentə müraciət etdi +VİDEO
- Şuşanın adını daşıyan "Xarı Bülbül" komandası dağılır - Sponsor niyə tapılmır?
- "Valideynlər məktəbli formalarını istədikləri satış məntəqələrindən ala bilərlər" - DİREKTOR
- Heydər Əliyevin mühafizəçisi nələri danışdı? - VİDEO
- Ermənilər əsgərimizə görün nə edib - 18+VİDEO
- Mətbuatda şikayəti yayımlanan vətəndaş niyə həbs olunub? - DİN-DƏN AÇIQLAMA
- Fazil Mustafa harada güllələnib? - ƏRAZİDƏN VİDEO
- Hər şey ən xırda detalına qədər görünür. Neo QLED 8K haqqında bir neçə söz
- Samsung Neo QLED 8K ilə evinizə böyük futbolu gətirin (FOTOLAR)
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM