Bakıda iki avtomobil toqquşub - Nəqliyyatın hərəkətində problem yaranıb


20:34     15 Avqust 2019 19_08_15_1565887357.jpg

Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Rayonun Qara Qarayev prospekti ilə Bəhruz Nuriyev küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, Prospektlə hərəkətdə olan “BMW” markalı avtomobilin sürücüsü “dayan” nişanının tələblərini pozaraq yüksək sürətlə qarşıdakı “Toyota PRADO” markalı avtomobilə çırpılıb. Zərbənin gücündən hər iki avtomobil yolayırıcı beton pilitəyə çırpılıb. Hadisə nəticəsində BMW-nin mühərrik yağı yola dağılıb və bu səbəbdən prospektdə nəqliyyatın hərəkətində problem yaranıb. Əraziyə cəlb olunan polis əməkdaşları yolun dərhal təmizlənməsi istiqamətində aidiyyəti orqanları məlumatlandırıb. / APA

Femida.az

Açar sözlər:

Oxunub: 414