Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
10:43 16 Avqust 2019
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 avqust 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək.
DİM-dən Femida.az-a bildirilib ki, İmtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanda iştirak etmək üçün BA qrupu üzrə 383, BB qrupu üzrə 1118 olmaqla ümumilikdə 1501 namizəd qeydiyyatdan keçib.
Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq “İmtahana buraxılış vərəqəsi”ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara “Namizədin yaddaş kitabçası” da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.
İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayacaq və 3 saat davam edəcək. İmtahanların idarə olunmasına 5 ümumi imtahan rəhbəri, 17 imtahan rəhbəri, 151 nəzarətçi‑müəllim, 5 bina nümayəndəsi ayrılıb.
Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:
REKLAM
www.azercell.com
Daha ətraflı
- şəxsiyyəti təsdiq edən sənədin əsli;
- “İmtahana buraxılış vərəqəsi".
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.
İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.
Femida.az
Oxunub: 292
Oxşar xəbərlər
- Xalq artisti Ənvər Həsənovun koronavirus testi pozitiv çıxıb, vəziyyəti ağırdır
- MİQ üzrə test imtahanı mərhələsi başlayıb
- Ali Attestasiya Komissiyası sədrinə yeni müavin təyin olunub
- Ali Attestasiya Komissiyasının Rəyasət Heyətinin üzvü vəfat edib
- Attestatsız şəxsin məktəb direktorunun müavini təyin edilməsilə bağlı araşdırma aparılır
- DİM bu gün Bakıda dövlət qulluğuna test imtahanı keçirəcək
- Vətən müharibəsində əlil olan şəxslər attestasiyadan keçirilməyəcək
- İmmunitet sertifikatı test nəticəsindən 7 gün sonra veriləcək
- Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı 6 milyonu keçib
- Prokurorluq "Emin 444”ün qətli ilə bağlı məhkəmə qərarından apellyasiya protesti verib