“Qafqazinfo”nun 9 yaşı tamam olur


11:02     16 Avqust 2019 19_08_16_1565938946.jpg


Bu gün operativliyi ilə seçilən "Qafqazinfo.az" xəbər portalının yaranmasının 9 ili tamam olur.


"Qafqazinfo" 2010-cu il avqustun 16-da oxucularına ilk xəbərini təqdim edib. Portalda Azərbaycanın ictimai, siyasi, sosial və mədəni həyatında olan yeniliklərlə bərabər, digər Qafqaz ölkələrində, habelə dünyada baş verən maraqlı xəbərlər oxuculara çatdırılır. Bundan başqa, internet qəzetdə müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazıları işıqlandırılır.

Trend İnformasiya Agentliyi də çoxsaylı kollektivi adından həmkarlarını Azərbaycanın media məkanına qatılmalarının 9 illiyi münasibətilə təbrik edir, “Qafqazinfo”ya həmişə media məkanında parlamağı arzulayır!

Femida.az

Açar sözlər: #qafqazinfo  

Oxunub: 434


Oxşar xəbərlər