Baş Prokurorluq intihar xəbərləri ilə bağlı KİV-ə müraciət edib
11:15 16 Avqust 2019
Baş Prokurorluq intihar xəbərləri ilə bağlı KİV nümayəndələrinə müraciət edib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov Femida.az-a açıqlamasında bildirib ki, son günlər bəzi media nümayəndələri, intihar etmiş şəxsin əvvəllər bu və ya digər vəzifədə olmasını xüsusi qabardaraq yayılan məlumatlarda həmin şəxsi yüksək çinli məmur kimi təqdim edirlər: “Baş Prokurorluq olaraq media təmsilçilərindən xahiş edirik ki, məlumatları ictimailəşdirərkən diqqətli olsunlar”.
E.Sultanov həmçinin qeyd edib ki, o, intihar hadisələrinin ictimailəşdirilməsinin əleyhinədir: "Bu kateqoriyadan olan cinayət hadisələrinin kütləvi informasiya vasitələrində yayılması insanların, xüsusilə gənclərin psixologiyasına mənfi təsir göstərir. Bəzi hallarda insanlar ümidsizliyə qapılaraq çıxış yolunu özünə qəsd etməkdə görürlər və KİV-də yer alan bu cür yazılar dərhal onların diqqətini cəlb edir".
Baş Prokurorluğun rəsmisi bildirib ki, intiharın səbəblərinə gəlincə, onlar müxtəlifdir. Bu səbəblər psixoloji və sosial səbəblər, psixiatrik və digər xəstəliklər ola bilər.
"İntihar hadisələrini ölkənin iqtisadi durumu ilə əlaqələndirmək qətiyyən düzgün deyil. Belə ki, Norveçdə adambaşına düşən ümumdaxili məhsulun həcminə görə dünyanın ən inkişaf etmiş ölkələrindən biri olmasına baxmayaraq, orada intihar hadisələrinin sayı da olduqca yüksəkdir. Lakin buna baxmayaraq, həmin ölkədə fəaliyyət göstərən KİV intihar hadisələrini ümumiyyətlə işıqlandırmırlar",- deyə E.Sultanov qeyd edib.
Oxunub: 449
Oxşar xəbərlər
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"
- Baş Qərargah Rusiyanın itkilərinin sayını açıqlayıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Baş prokuror İranın səfiri ilə görüşüb
- Baş Prokurorluq özünü ölmüş kimi qələmə verən şəxslə bağlı məlumat yayıb
- Baş Qərargah: "Son sutkada Rusiya 70 hərbçi itirib"
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib