Bəzi muzeylər nazirliyin tabeliyindən çıxarılıb Turizm Agentliyinə verildi
11:36 16 Avqust 2019

Nazirlər Kabineti "Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı"na dəyişiklik edib.
Femida.az xəbər verir ki, bununla bağlı müvafiq qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.
Qərara əsasən, aşağıdakı qurumlar nazirliyin tabeliyindən çıxarılaraq “Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na daxil edilir:
- Lahıc Tarix-Diyarşünaslıq Muzeyi;
- Şəki Tarix-Diyarşünaslıq Muzeyi;
- Şəki Xalq Tətbiqi Sənəti Muzeyi;
- Şəki Dövlət Rəsm Qalereyası;
- Basqal qəsəbə Mədəniyyət Evi;
- Xınalıq kənd Mədəniyyət Evi.
Oxunub: 224
Oxşar xəbərlər
- Bəzi rayonlarda açıq meşə sahələri uzunmüddətli icarəyə verilib
- Bəzi küçələrində işıqforlar işləmir
- Bəzi qanun layihələri plenar iclasa tövsiyyə olunub
- Bəzi yerlərdə şimşək çaxacaq, yağış yağacaq
- Bəzi avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcək
- Bəzi seçki dairələrinin tərkibində dəyişiklik edilib
- Bəzi yerlərdə leysan yağacaq, dolu düşəcək
- Bəzi mübahisəli sözlərə görə lüğət hələ çap edilmir
- Bəzi ölkələrdə bayram namazı sabah qılınacaq, Azərbaycanda isə...
- Bəzi məmurlar qadın jurnalistlərə daha tez qapı açır - Sədr müavini