Gədəbəyin sabiq icra başçısının məhkəməsi başlayır


11:58     16 Avqust 2019 19_08_16_1565941645.jpg

Gədəbəy Rayon İcra Hakimiyyətinin keçmiş icra başçısı Ramiz Yediyarov barəsində cinayət işi üzrə hazırlıq iclasının vaxtı məlum olub.

Femida.az -ın məlumatına görə, Gədəbəy Rayon Məhkəməsində hakim Marif Kazımovun icraatında olan iş üzrə hazırlıq iclası avqustun 18-ə təyin edilib.

Qeyd edək ki, R.Yediyarov Cinayət Məcəlləsinin 222-2.1-ci (müvafiq icazə almadan mühafizə zonalarında tikinti və ya quraşdırma işləri aparma) maddəsi ilə ittiham edilir.

Bu iş üzrə zərərçəkmiş qismində Gədəbəy Rayon İcra Hakimiyyəti tanınır.

Açar sözlər:

Oxunub: 411