Goranboyda 3 ton çətənə kolu məhv edildi


12:38     16 Avqust 2019 19_08_16_1565944774.jpg


Goranboy rayonunda yabanı halda bitmiş çətənə kolları aşkar edilib.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Xocalı RPŞ-nin əməkdaşları tərəfindən Goranboy rayonunun Topdan kəndi ərazisində 2,3 hektar sahədə yabanı halda bitmiş, çəkisi 2 ton 768 kiloqram olan 7 min 586 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.

Femida.az

Açar sözlər: #Goranboy  

Oxunub: 382