Oğuz sakini bıçaqlanaraq öldürülüb


13:59     16 Avqust 2019 bicaq.jpg

Oğuz rayonunda bıçaqlanma olub.


Femida.az -ın "Report"a istinadən məlumatına görə, hadisə rayonun Bucaq kəndində qeydə alınıb.

İlkin məlumatlara görə, iki nəfər arasında yaranan mübahisə digərinin ölümü ilə nəticələnib. Ürəyindən bıçaq yarası alan kənd sakini yerindəcə dünyasını dəyişib. Hadisəni törədən şəxs polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 674