Daha bir velosipedçi vuruldu - Bu dəfə Salyanda


14:18     16 Avqust 2019 velosipedci.jpg


Bu gün günorta saatlarında Salyan-Şirvan avtomobil yolunun Salyan rayonunun Qarabağlı kəndindən keçən hissəsində velosipedçini maşın vurub.


Bu, kəndin 24 yaşlı sakini Orxan Tofiq oğlu Qurbanovdur. O, yolda velosipedlə hərəkətdə olarkən 10-XM-192 dövlət nömrə nişanlı “VAZ-2106” markalı minik avtomobili ilə vurulub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan velosipedçi Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: #velosiped  

Oxunub: 405