Energetika naziri Gəncəyə gedir
15:14 16 Avqust 2019
Energetika naziri Pərviz Şahbazov avqustun 30-da Gəncə şəhərində Gəncə və Göygölrayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən Femida.az-a verilən məlumata görə, qəbul saat 11:00-da Energetika Nazirliyinin tabeliyində olan Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialının inzibati binasında (ünvan: Gəncə şəhəri, Kəpəz rayonu, Gəncə-Bakı şossesinin kənarı) keçiriləcək.
Həmin gün Energetika nazirinin müavini Samir Vəliyev Goranboy şəhərində Goranboy və Naftalan rayonlarınınsakinləri ilə görüşəcək. Qəbul saat 11:00-da Goranboy rayon Heydər Əliyev Mərkəzində (ünvan: Goranboy şəhəri, Dədə Qorqud küçəsi, bina 27) keçiriləcək.
Bildirilib ki, qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün Energetika Nazirliyinin [email protected] elektron poçt ünvanı, 598-16-53/54 (daxili 1145, 1146, 1147) nömrəli telefon (əlaqələndirici şəxs Seymur Bağbanlı), nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, həmçinin Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Gəncə filialı (əlaqələndirici şəxs Famil Əliyev, əlaqə telefonları: (050) 235 17 57, (055) 573 17 57), elektron poçt ünvanı:[email protected], [email protected]) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar Energetika Nazirliyinin www.minenergy.gov.az internet səhifəsindəki “Qəbula yazılmaq“ bölməsi və nazirliyin facebook səhifəsi vasitəsilə qəbula yazıla bilərlər.
Oxunub: 413
Oxşar xəbərlər
- Energetika naziri Qubada vətəndaşları qəbul edəcək
- Energetika naziri ADB-nin ölkə üzrə direktorunu qəbul edib
- Energetika naziri İvana Duarteni qəbul edib
- Energetika Nazirliyi ötən il büdcə vəsaitlərinə 6 % qənaət edib
- Energetika naziri “ACWA Power” şirkətinin rəhbəri ilə müzakirələr aparıb
- Energetika Nazirliyinin Çağrı Mərkəzinə ötən il 2 566 müraciət daxil olub
- Energetika naziri Türk Şurasının Baş katibi ilə görüşüb
- Energetika Nazirliyi “YAŞAT” Fonduna ianə etdi
- Energetika Nazirliyinə yeni səlahiyyət verildi
- Energetika Nazirliyində inzibati xətalarla bağlı 272 işə baxılıb