Bakıda oğru istəyinə nail olmadı, qadınları döydü


15:37     16 Avqust 2019 19_08_16_1565954567.jpg

Səbail rayonu ərazisindəki evlərdən birinə quldurluq məqsədilə girməkdə şübhəli bilinən Z.Əmirov saxlanılıb.


Femida.az xəbər verir ki, avqustun 15-də Səbail rayonu ərazisindəki evlərdən birinə aldatma yolu ilə girən naməlum şəxs ev sahibəsini və qonağı olan daha bir qadını bıçaqla hədələyib pul vermələrini tələb edib, istədiyinə nail olmadığından onları döyərək hadisə yerini tərk edib.

Səbail RPİ 8-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Z.Əmirov saxlanılıb.

Açar sözlər:

Oxunub: 349