Bakıda itkin düşən bacı-qardaş oğurlanıb – Anasından ŞOK AÇIQLAMA


15:42     16 Avqust 2019 19_08_16_1565955418.jpg

Bakının Binəqədi rayonu, 3-cü mədən küçəsi, korpus 76 ünvanında yaşayan bacı və qardaş – 2013-cü il təvəllüdlü Mirzəyeva Mələk Rahim qızı 2012-ci il təvəllüdlü Mirzəyev Rahil Rahim oğlu və itkin düşüblər.

Femida.az unikal.org-a istinadən xəbər verir ki, uşaqların anası Çiçək Aslanova övladlarının oğurlandığını bildirib:

“Mənim öz günahıma görə, övladlarımı oğurlayıblar. Deməli, işlədiyim kafeyə bir qadın gəldi ki, acam. Yanında övladı da var idi. Dedi ki, Bərdə rayonundanam.Həyat yoldaşım rəhmətə gedəndən sonra qardaşlarım məndən imtina edib. Yemək verdim. Dedim, arada gəlin evimdə çimin. Bunu gətirdim evimə, yemək verdim. Axşam yatdıq. Səhər oyananda gördüm, həmin qadının övladı yatır. Ürəyim gəlmədi oyadım. Sonra qadına dedim ki, mən işə gedirəm, axşam gələcəm. Ona dedim ki, övladı oyananda yemək yeyib, çıxıb gedərlər. Sonra mən işlədiyim kafeyə getdim. Ardınca narahat olduğum üçün yaxında qalan tanışıma dedim ki, gedib evimə baxsın. Həmin tanışım evimə gedəndən sonra dedi ki, həmin qadın kirayə qaldığım evdən uşaqlarımı oğurlayıb. Onun uşaqlarımı necə aparması kameralara düşüb. Polisdə həmin görüntülər var. Araşdırma aparılır”.

Açar sözlər:

Oxunub: 506