Pakistanda məsciddə partlayış olub – Ölənlər var


16:21     16 Avqust 2019 19_08_16_1565956445.jpg

Bomba ziyarətçilərdən biri tərəfindən qoyulub

Bu gün Pakistanın Kvetta şəhərində (Belucistan şimal-qərb əyaləti) məscidlərdən birində baş verən partlayış nəticəsində ən azı dörd nəfər həlak olub, 15 nəfərdən artıq xəsarət alan var.

Bu barədə ANI agentliyi xəbər yayıb.

Məlumata görə, bomba məscidə ziyarətçilərdən biri tərəfindən qoyulub. Xəsarət alanlar xəstəxanalara çatdırılıblar.

Bildirilir ki, partlayış sahəsi mühasirəyə alınıb, polis cinayətkarın axtarışını aparır.

Hələlik Pakistan ərazisində fəaliyyət göstərən ekstremist qruplaşmaların heç biri baş verənlərə görə məsuliyyəti öz üzərinə götürməyib.

Açar sözlər:

Oxunub: 506