Üç nəfərə general, iki nəfərə kontr-admiral rütbəsi verildi - Prezidentdən SƏRƏNCAM


17:00     16 Avqust 2019 prezident_imza_yeni.jpg


Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında" sərəncam imzalayıb.


Femida.az xəbər verir ki, sərəncamla Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

“general-leytenant” hərbi rütbəsi

general-mayor Abbas Sultan oğlu Xəlilov

general-mayor Ehram Arif oğlu Hacıyev

“general-mayor” hərbi rütbəsi

polkovnik Ramin Sabir oğlu Bağırov

“kontr-admiral” hərbi rütbəsi

1-ci dərəcəli kapitan Abbas Hüseyn oğlu Qiyasov

1-ci dərəcəli kapitan Ziyad Balakərim oğlu Ağayev.

Femida.az

Açar sözlər: #general   #sərəncam  

Oxunub: 1354