Traktor kəməri zədələdi - 12 kənd qazsız qaldı


17:22     16 Avqust 2019 19_08_16_1565961813.jpg


Tərtər Regional Qaz İstismar İdarəsinin xidməti ərazisində körpü-tunel tikintisi ilə məşğul olan təşkilata məxsus traktor qazıntı işləri zamanı orta təzyiqli qaz xəttini zədələyib.


Bu barədə Femida.az-a “Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə Əlaqələr şöbəsindən bildirilib.

Məlumata əsasən yaranmış vəziyyətə görə axşam saat 15.30-dan etibarən 12 kəndin qaz təchizatı dayandırılıb.

Femida.az

Açar sözlər: #qaz  

Oxunub: 602