Çin vətəndaşı pasportunu taksidə unutdu - Polis tapıb qaytardı


17:34     16 Avqust 2019 19_08_16_1565962439.jpg


Avqustun 15-də Bakıya gələn Çin Xalq Respublikasının vətəndaşı Wei Yulinin böyük məbləğdə pulu itib.


Femida.az-ın məlumatına görə, Çin vətəndaşı Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsinə müraciət edərək bildirib ki, Gürcüstandan Bakıya gəldiyi “Mercedes” markalı sərnişin mikroavtobusundan paytaxt ərazisində düşən zaman içərisində 2000 ABŞ dolları, 300 Yuan, 1000 Sinqapur dolları, 400 lari, 100 manat və bank kartları olan pul kisəsini həmin nəqliyyat vasitəsində unudub.

Polis Şöbəsində sənədləri və pulları itən həmin şəxsə lazımi köməklik göstərilib. DİN-in Növbətçi Hissələrin İdarəetmə Xidməti, Baş Dövlət Yol Polisi İdarəsi, Nəsimi Rayon Polis İdarəsi və 22-ci Polis Şöbəsi əməkdaşlarınını qısa zamanda həyata keçirdikləri birgə tədbirlər nəticəsində həmin avtomobilin dövlət qeydiyyat nişanı müəyyən edilib və nəqliyyat vasitəsinin Goranboy rayonu ərazisindəki stasionar postda saxlanılması təmin olunub. Nəqliyyat vasitəsinin sürücüsü, Gəncə şəhər sakini Dursun İsmayılov Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinə gətirilib. O, Çin vətəndaşının itmiş əşyalarının polisə təqdim etdikdən sonra izahatı alınaraq buraxılıb.

Çin vətəndaşı Wei Yuli qısa zamanda ona belə böyük köməklik göstərdiklərinə görə Azərbaycan polisinə öz təşəkkürünü bildirib. W.Yuli əlavə edib ki, Bakı haqqında həmişə gözəl sözlər eşidib və bir daha bunun şahidi olub. O, öz ölkəsinə qayıdandan sonra dostlarına Bakıda gördükləri və polislərin ona göstərdikləri köməklik barədə danışacağanı bildirib.

Qeyd edək ki, Wei Yuli iş adamıdır və Azərbaycana biznes qurmaq məqsədiilə gəldiyini bildirib.

Femida.az

Açar sözlər: #polis   #ÇİN  

Oxunub: 409