Pakistanda məscidi partlatdılar - Ölənlər və yaralananlar var


17:44     16 Avqust 2019 19_08_16_1565963172.jpg


Pakistanda daha bir güclü partlayış baş verib.


Femida.az-ın məlumatına görə, partlayış gündüz saatlarında Kvetta şəhərindəki məscidlərin bidində qeydə alınıb.

Partlayış nəticəsində 4 nəfərin öldüyü, daha 15 nəfərin yaralandığı bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, partlayıcı qurğu məscidə gələn ziyarətçi tərəfindən daha öncədən yerləşdirilib.

Pakistan ərazisində fəaliyyət göstərən ekstremist qruplaşmalardan hələ ki, heç biri insidentə görə məsuliyyəti öz üzrinə götürməyib. / Trend

Femida.az

Açar sözlər: #Pakistan  

Oxunub: 388