"Taliban" liderinin qardaşı Pakistanda törədilən partlayışda ölüb


20:43     16 Avqust 2019 19_08_16_1565972148.jpg

“Taliban” hərəkatının lideri Maulavi Haybatulla Axundzadənin qardaşı bu gün Pakistanın Kvetta şəhərində baş verən partlayışda ölüb.

Femida.az -ın “RİA Novosti”yə istinadən xəbərinə görə, M. H. Axundzadənin qardaşı Hafiz Əhməd Pakistanın Kasım Abad kəndində baş verən partlayışda ölüb.

Qeyd edək ki, bu gün Pakistanın cənub-qərbində Kvetta şəhərindən 25 km məsafədə yerləşən məsciddə terror aktı törədilib. Hadisə nəticəsində 4 nəfər ölüb, 20-dən artıq şəxs yaralanıb. Partlayış nəticəsində məscidin imamı da həlak olub. Şəhər polisi bildirib ki, partlayıcı məscidin imamının oturacağının altına yerləşdirilib.

Açar sözlər:

Oxunub: 381