Gürcüstan və Ermənistan klubları arasında danışılmış oyun şübhəsi


21:11     16 Avqust 2019 19_08_16_1565975560.jpg

Gürcüstanın “Saburtalo” futbol komandasında Ermənistanın “Ararat” komandası ilə Tbilisidə keçirilən son oyunun danışılmış olması ilə bağlı şübhələr yaranıb.

Bununla bağlı Tbilisi futbol klubu Gürcüstanın Futbol Federasiyasına (GFF) müraciət edib.

Klub GFF-dən oyunun danışılmış olub-olmaması ilə bağlı araşdırma aparmağı xahiş edib.

Federasiyadan bildirilib ki, “Saburtalo” komandasının müraciəti UEFA-ya göndəriləcək. Qurumdan qeyd olunub ki, danışılmış oyunlar olan halda UEFA Gürcüstan tərəfini mütləq məlumatlandırır.

Qeyd edək ki, UEFA-nın Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində “Saburtalo” və “Ararat” arasında görüş avqustun 14-də Tbilisinin Mixail Mesxi adına stadionunda baş tutub. Qarşılaşma 2:0 hesabı ilə Ermənistan komandasının qələbəsi ilə başa çatıb. Avqustun 6-da Yerevanda keçirilmiş ilk görüşdə isə “Saburtalo” 2:1 hesabı ilə “Ararat” üzərində qələbə əldə edib. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 396