Qəzada xəsarət alan şəxs xəstəxanada dünyasını dəyişdi
09:43 17 Avqust 2019
Qaxda bir həftə əvvəl üç nəfərin ölümü ilə nəticələnən ağır yol qəzasında yaralanan şəxslərdən biri xəstəxanada ölüb.
1957-ci il təvəllüdlü Sevda Sabir qızı Mirzəyeva ötən gün Bakı şəhərində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, avqust ayının 10-da axşam saat 23:30 radələrində Şəki-Qax avtomobil yolunun Qax rayonu ərazisindən keçən hissəsində "Ford" və "VAZ-21099" markalı iki minik avtomobili toqquşmuşdu. Nəticədə avtomobildə olan Qax şəhər sakinləri Akif Ağayev, onun həyat yoldaşı Leyla Ağayeva və sürücünün bacısı oğlu Tural Nəzərov hadisə yerində ölmüşdülər. Ford markalı avtomobilin sürücüsü Zaqatala sakini Kərimzadə Çağrı Tərlan oğlu və anası Sevda Mirzəyeva Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilmişdi. S.Mirzəyeva avqust ayının 14-ü müayinə və müalicəsini davam etdirməsi üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilmişdi. / APA
Femida.az
Oxunub: 523
Oxşar xəbərlər
- Qəzadan sağ çıxan hərbçilər danışır - VİDEO
- Qəzada yaralanan Şəki sakini xəstəxanada ölüb
- Qəzada ölən şəxsin yaxınları məhkəmə-tibb ekspertini döyüb
- Qəzada yaralanan sürücü tibbi yardımdan imtina edib: "Allah bilər, mən bilərəm"
- Qəzadan sonra maşın yandı - VİDEO
- Qəzada ölən Ülvi Vəliyev FHN əməkdaşı imiş
- Qəzadan son anda xilas oldular - VİDEO
- Qəzada yaralanan tələbə qız öldü
- Qəzada ölən 6 nəfər Azərbaycan vətəndaşıdır - Hadisə yerindən kadrlar
- Qəzada ölənlərlə bağlı - Rəsmi açıqlama