Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VİDEO

Sentyabrın 1-dən kimlərin əmək haqqı və pensiyası nə qədər artacaq? – VİDEO


10:19     17 Avqust 2019 19_08_17_1566022838.jpg

Son aylarda dövlət başçısı tərəfindən əmək pensiyaları ilə bağlı qanunvericilikdə dəyişikliklər edilib, əmək haqqı və pensiyaların minimum məbləğində artımla bağlı qərarlar qəbul olunub.


Bu qərarlar növbəti aylardan qüvvəyə minəcək və onların iqtisadiyyatın müxtəlif sahələrinə, o cümlədən əhalinin gəlirlərinə təsirləri gündəmin əsas müzakirə mövzusudur.

Bundan başqa, Azərbaycan iqtisadiyyatında problemli kreditlərin ümumi kredit portfelində həcminin nəzərdə tutulduğu qədər azalmaması, bank faizlərinin hələ də yüksək olması başlıca problem olaraq qalmaqdadır.

Təqdim etdiyimiz videoda bütün bu məsələləri, o cümlədən dünya iqtisadiyyatında, beynəlxalq birjalarda baş verənləri iqtisadçı alim, İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov şərh edəcək.

Verilişi təqdim etdiyimiz videodan izləyə bilərsiniz. (Musavat.com)



Açar sözlər:

Oxunub: 2652