Qaxda hamilə qadın özünü öldürmək istədi


11:25     17 Avqust 2019 19_08_17_1566026847.jpg


Qax rayonunun Turaclı kəndində hamilə qadın özünə xəsarət yetirib.


Gecə saatlarında A.Vəliyeva bədəninin müxtəlif nahiyələrini yaralayıb.

Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılan qadına baş və sifətin cırılmış-kəsilməş yaraları diaqnozu qoyulub. Hal-hazırda reanimasiya şöbəsində olan xəstə koma vəziyyətindədir.

Anası bildirib ki, A.Vəliyeva ailəsi dağıldığı üçün özünü öldürmək istəyib: “Ötən ilin noyabr ayında ailə qurub, 4-5 gün olar ki, ailəsindən ayrılıb atası evinə gəlib”.

Faktla bağlı araşdırma aparılır. / Qafqazinfo

Femida.az

Açar sözlər: #hamilə  

Oxunub: 786