Gürcüstan və ABŞ müdafiə sahəsində üçillik müqavilə imzalayacaq


12:05     17 Avqust 2019 19_08_17_1566029152.jpg

Gürcüstan və ABŞ bir neçə gündən sonra müdafiə sahəsində əməkdaşlığa dair üçillik müqavilə imzalayacaq.



Femida.az -ın xəbərinə görə, bunu Gürcüstanın Müdafiə naziri Levan İzoriya ABŞ-ın yeni hərbi attaşesi, polkovnik Stefani Beqli ilə görüşün nəticələrinə dair tədbirdə deyib.

“Növbəti illərdə biz polkovnik Stefani Beqli və onun komandası ilə Gürcüstanda hər iki ölkənin müdafiə imkanlarının gücləndirilməsinə xidmət edən uğurlu siyasəti davam etdirəcəyik”, - L. İzoriya bildirib.

Açar sözlər:

Oxunub: 450