"Azəriqaz" Göyçay, Ucar və Zərdabdakı təmiri təxirə salıb


12:13     17 Avqust 2019 yeni_quyu_qazilir%20femida.jpg

“Azəriqaz” istehsalat Birliyi Göyçay, Ucar, Zərdab rayonlarında nəzərdə tutulmuş təmir işlərini təxirə salıb.

Bu barədə Femida.az- a qurumun mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir ki, bu səbəbdən də qeyd edilən rayonlarının bir neçə yaşayış məntəqəsində qaz təchizatının 2 gün müddətinə dayandırılması təxirə salınıb.

Xatırladaq ki, “Azəriqaz” Göyçay, Ucar, Zərdab rayonlarının bəzi ərazilərində Qaz İxrac İdarəsinin balansında olan “Qazıməmməd-Qazax” magistral qaz kəmərində aparılacaq təmir işlərinə görə qaz təchizatının bu gün saat 10:00-dan etibarən 2 gün müddətinə dayandırılması ilə bağlı elan vermişdi.

Açar sözlər:

Oxunub: 571