Apelyasiya Məhkəməsi "Veysəloğlu"nun cərimələnməsi işi üzrə qərar verib


12:42     17 Avqust 2019 1398947325_mehkeme.jpg

Bakı Apelyasiya Məhkəməsində “Veysəloğlu Yaycılı Qardaşlar” MMC-nin 48 min 128 avro 68 sent (təxminən 91 min 444 manat ) cərimə edilməsi barədə məhkəmə qərarından verilmiş şikayətə baxılıb.

"Report"un xəbərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən iclasda “Veysəloğlu Yaycılı Qardaşlar” MMC-nin cərimə edilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 iyun 2019-cu il tarixli qərarı ləğv edilib. Qərara əsasən, iş üzrə icraata xitam verilib.

Qeyd edək ki, məhkəmə Maliyyə Bazarlarına Nəzarət Palatasının yazdığı protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsi ilə təqsirli bilərək cərimələmişdi.

Bu inzibati xətaya görə, hüquqi şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaitinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

1994-cü ildən topdan satış mərkəzi kimi fəaliyyətə başlamış “Veysəloğlu” satış, distribüter və istehsal şirkətidir. 2001-ci ildən etibarən şokolad və karamel istehsalına başlayıb. Şirkətlər Qrupuna “Ulduz” şokolad fabriki də daxildir.

Açar sözlər:

Oxunub: 481


Oxşar xəbərlər