Bakıda daha bir antisanitar durum - Süd sexinin fəaliyyəti məhdudlaşdırıldı
13:01 17 Avqust 2019
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) Bakının Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, 2578-ci məhəllə ünvanında yerləşən, fiziki şəxs Məmmədov Rasif Əlibəy oğluna məxsus süd və süd məhsulları istehsalı sexində sanitar-gigiyena və texniki normativ sənədlərin tələblərinə əməl edilməməsi barədə məlumat daxil olub.
Agentlikdən Femida.az-a verilən məlumatda bildirilib ki, müraciət əsasında süd və süd məhsulları sexinə baxış keçirilib. Antisanitar şəraitdə fəaliyyət göstərən sexdə “Lerik” əmtəə nişanlı süd və süd məhsullarının istehsal edildiyi aşkar olunub. Həmin məhsulların etiketində təbii inək südü qeyd olunsa da, məhsulların istehsalında faktiki quru süddən istifadə edilərək istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu müəyyən edilib. Yoxlama zamanı müəssisədə məhsulların istehsalında bitki tərkibli “Sun 23” marqarin yağı və E 235 “Natamisin” (antibiotik) qida əlavəsindən istifadə olunduğu, bununla bağlı etiket məlumatlarında hər hansı məlumatın qeyd olunmadığı aşkarlanıb.
Aşkarlanan nöqsanlar əsasında süd və süd istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 533
Oxşar xəbərlər
- Şirvanda çörəkbişirmə sexindən oğurluqda şübhəli bilinən şəxs saxlanılıb
- Şəkidə qapı-pəncərə sexindən 15 min manatlıq oğurluq edən obyektin işçisi tutulub
- Bakıda sexdən 6 000 manatlıq əlvan metal oğurlanıb
- Bərdədə antisanitar vəziyyətdə saçaqlı pendir istehsal edən sex bağlanıb
- Bakıda təmir sexi içərisindəki avtomobillə bərabər yanıb
- Bakıda çörək sexində nöqsanlar aşkarlanıb
- Gəncədə sexdəki partlayışa görə məsuliyyətə cəlb edilən sex rəisi amnistiyaya düşüb
- Tərtərdə mağaza, Şabranda quşçuluq sexi yanıb
- Koronavirus xəstəsi çörək sexində aşkarlanıb
- Zaqatalada eyni anda 5 maşın təmiri sexi yanıb