Oğuzda qətl: Münaqişə zəminində bıçaqlanma olub


13:35     17 Avqust 2019 qetlll9.PNG

Oğuz rayon sakini S.İslamovu münaqişə zəminində bıçaqla qətlə yetirmiş Şəki rayon sakini E.Məmmədov saxlanılıb.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, avqustun 16-da Oğuz rayonunun Bucaq kəndi ərazisində Şəki rayon sakini E.Məmmədov münaqişə zəminində kənd sakini Siyavuş İslamovu bıçaqla qətlə yetirib.

Polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Femida.az

Açar sözlər: #qətl  

Oxunub: 666