Qanunsuz saxlanılan silahlar götürülüb


14:12     17 Avqust 2019 polis.jpg

Tərtər və İsmayıllı rayonlarının sakinlərindən müvafiq sənədləri olmayan tüfəng götürülüb.

Femida.az xəbər verir ki, bu barədə Daxili İşlər Naziriyinin məlumatında qeyd edilib. Bildirilib ki, Tərtər RPŞ-nin əməkdaşları tərəfindən Qaynaq kənd sakini A.Quliyevdən müvafiq sənədləri olmayan 1 ədəd “TOZ-16” markalı tüfəng götürülüb.

İsmayıllı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Quşencə kənd sakini F.İsayevdən müvafiq sənədləri olmayan 1 ədəd “İJ” markalı tüfəng götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 333