Ermənistandakı yol qəzalarında 159 nəfər ölüb


14:57     17 Avqust 2019 19_08_17_1566040107.jpg

Ermənistanda avtomobil qəzasında ölən və xəsarət alanların sayı artıb.

Bu il baş vermiş qəzaların sayı artmaqla yanaşı, qəzalarda ölənlərin və yaralananların sayı da ötən illərə nisbətən xeyli çoxalıb.
Belə ki, bu ilin 6 ayında Ermənistanda 2088 yol qəzası baş verib. Nəticədə 159 nəfər ölüb, 3017 nəfər isə müxtəlif bədən xəsarəti alıb.

Cari illə müqayisədə 2018-ci ilin müvafiq dövründə 1711 qəza qeydə alınıb. Baş vermiş qəzalar nəticəsində 138 nəfər, 2517 nəfər yaralanıb.

Femida.az

Açar sözlər:

Oxunub: 436