Narkotik satan keçmiş məhkum həbs olundu
15:16 17 Avqust 2019
Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında Tovuz RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş 37 yaşlı Nizaməddin Tağıyev saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Onun üzərinə qanunvericiliklə müəyyən edilmiş qaydada baxış keçirilən zaman 22 ədəd bükülüdə ümumi çəkisi 15, 794 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Dindirilmə zamanı N. Tağıyev narkotik vasitəni özü əkdiyini və 3 büküm və ya 1, 941 qramını həmkəndlisi İlqar adlı şəxsə satdığını bildirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Oxunub: 364
Oxşar xəbərlər
- Narkotiki bankalara yığaraq zirzəmidə saxlayan şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobildə dönər ətləri daşıyan şəxs ifşa olunub
- Narkotik istifadəçiləri Bakının ən çox hansı rayonlarındadır? - SİYAHI
- Narkotikə görə saxlanılan vərəm xəstəsi vəfat edib
- Narkotikin təsir altında taksi fəaliyyəti göstərən şəxs saxlanılıb
- Narkotikin təsiri altında avtomobil sürən şəxs məsuliyyətə cəlb olunub
- Narkotik vasitənin təsiri altında sərnişin daşıyan Masallı sakini həbs edilib
- Narkotik maddələrin satışı ilə məşğul olan şəxs saxlanılıb
- Narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxs həbs olunub
- Narkotik satmaq istəyən Ağdam sakini saxlanılıb