20 yaşlı futbolçu intihar etdi


15:21     17 Avqust 2019 19_08_17_1566040927.jpg

Futbol üzrə Uels millisinin gənclərdən ibarət yığmasının üzvü Coel Darlinqton intihar edib.

Femida.az xarici KİV-ə istinadla xəbər verir ki, buna səbəb onun davamlı zədələrdən əziyyət çəkməsi olub. Bu səbəbdən depressiyaya düşən 20 yaşlı Darlinqton canına qəsd edib. Onun meyiti ailə üzvləri tərəfindən qarajda tapılıb.

Qeyd edək ki, Coel Darlinqton əli sındığı üçün "Mançester Yunayted" klubuna baxışa yollanmaq fürsətini də qaçırmışdı. O, ölkəsində "Bala Taun" klubunda çıxış edib.

Açar sözlər:

Oxunub: 448