Bu xəstələr isti havada çölə çıxmasın, yoxsa...


15:55     17 Avqust 2019 19_08_17_1566041428.jpg

Həddindən artıq isti və nəmli havalar ürək-damar, ürək çatışmazlığı və yüksək təzyiqli şəxslərdə infarkt riskinin artmasına səbəb ola bilər.

Medicina.az xəbər verir ki, bunu türkiyəli kardioloq Onur Ərdoğmuş deyib. Onun sözlərinə görə, xüsusilə ciddi ürək xəstələri isti havalarda diqqətli olmalıdır:

"İsti hava xüsusilə ürək-damar sistemi üçün ziyanlıdır. İstidə damarlar genişlənir, ürək döyüntüsü artır, qan qatılaşır, damarlarda tromblar əmələ gəlir. Bütün bunlar ürək tutması, insult və infarkt riskini xeyli artırır. İsti hava vücudda su və duzun itirilməsinə səbəb olur ki, bu da xəstələrin orqanizminin zəifləməsinə gətirib çıxarır.

Yay aylarında istinin təsiri ilə ürək bədəndəki temperaturu tənzimləmək üçün daha çox çalışır və bu da ürək xəstələrində bəzi ciddi narahatlıqlar yaradır. Xüsusilə, bu, yaşı 50-dən yuxarı olan insanlara, siqaret çəkənlərə, artıq çəki və piylənmədən əziyyət çəkənlərə, şəkərli diabet və ürək-damar sistemi xəstəlikləri olanlara daha çox təsir edir. Belə xəstələr günəşin ən qızmar vaxtlarında çölə çıxmamalı, gün ərzində çoxlu su içməli, yağlı, duzlu və ətli yeməklərdən uzaq durmalıdır”.

Açar sözlər:

Oxunub: 683