Tərtər sakini həmkəndlisini maşınla vurub öldürdü


16:55     17 Avqust 2019 piyada8.jpg

Tərtər rayonunun Sarov kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, avqustun 16-da saat 23 radələrində Tərtər rayonunun Sarov kəndi ərazisində Bəyimsarov kənd sakini M.Orucov idarə etdiyi “VAZ-2109” markalı avtomobillə yolu keçən həmkəndlisi Raul Hümbətlini vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Tərtər RPŞ tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 632