Fransada atəşfəşanlıq zamanı 13 nəfər yaralandı


18:59     17 Avqust 2019 19_08_17_1566053587.jpg

Fransanın Kolyur şəhərində atəşfəşanlıq zamanı xoşagəlməz hadisə baş verib.
Femida.az xarici KİV-ə istinadən xəbər verir ki, fişəng partlaması nəticəsində 13 nəfər yanıq xəsarəti alıb. Yaralılardan 3 nəfəri xəstəxanaya yerləşdirilib. Digərlərinə hadisə yerində ilkin yardım göstərilib. Əraziyə 5 təcili yardım maşını və 30 xilasedici cəlb edilib.

Açar sözlər:

Oxunub: 394