İstanbulda sel bir nəfərin ölümünə səbəb olub
19:58 17 Avqust 2019
Bu gün Türkiyənin bir çox yerlərinə leysan yağıb.
APA-nın yerli bürosunun xəbərinə görə, güclü yağış daha çox İstanbulda müşahidə edilib. İstanbulun Fatih və Eminönü rayonlarında bir kvadrat metrə düşən 113 kiloqramdan çox yağıntı sel fəlakətinə səbəb olub.
Fatih rayonunda Unkapanı körpüsünün altında toplanan sel sularında bir nəfər boğularaq ölüb.
Eminönü rayonunda Qapalı çarşı və Altkeçid ticarət obyektlərini su basıb. Üsküdar rayonunda isə yol çöküb. Bəzi ərazilərdə tramvay səfərləri və dəniz səyahətləri təxirə salınıb.
Oxunub: 440
Oxşar xəbərlər
- İstanbulda ağır yol qəzası olub, ölən və yaralananlar var
- İstanbulda terror aktının qarşısı alınıb, saxlanılanlar var
- İstanbulda silahlı münaqişədə ata, oğul və qohum öldürülüb
- İstanbulda Silahlı Qüvvələr Günü qeyd edilib
- İstanbulda zəlzələ olub
- İstanbulda atışma olub, azərbaycanlı kriminal avtoritet öldürülüb
- İstanbulda Azərbaycana dəstək mitinqi keçirilib
- İstanbulda Azərbaycana dəstək aksiyası keçirildi
- İstanbuldan yola salınan 250-yə yaxın azərbaycanlı artıq ölkədədir
- İstanbulda koronavirus həyəcanının səbəbkarı azərbaycanlı həkim olub - FOTO