Avropa Komissiyasının rəhbəri təcili xəstəxanaya yerləşdirilib
21:21 17 Avqust 2019

Avropa Komissiyasının sədri Jan-Klod Yunker Avstriyadakı tətilini dayandırıb.
Femida.az -ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə şənbə günü Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb: "Prezident Yunker səhhətindəki problemlə əlaqədar Avstriyadakı tətilini dayandırmaq məcburiyyətində qalıb. O, öd kisəsində yaranan kəskin ağrı səbəbindən Lüksemburqdakı xəstəxanalardan birində əməliyyat olunacaq”.
Qeyd edək ki, 64 yaşlı Jan-Klod Yunkerin Avropa Komissiyasının rəhbəri vəzifəsi müddəti oktyabrın 31-də başa çatacaq. Onu alman xanım Ursula von der Leyen əvəz edəcək.
Oxunub: 184
Oxşar xəbərlər
- Avropa İttifaqı Komissiyası Danimarkanı məhkəməyə verib
- Avropa Gimnastika İttifaqının adı dəyişdirilib
- Avropa Şurasının Baş katibi Gürcüstana səfər edəcək
- Avropanın ən təhlükəli və təhlükəsiz ölkələri bunlardır
- Avropa Mərkəzi Bankına yeni sədr təyin edilib
- Avropa İttifaqı Krımda keçirilən seçkiləri tanımır
- Avropa Birliyi Türkiyəyə 127 milyon avro ayırır
- Avropadan Azərbaycana qayıdan ailəyə - 9 inək, 9 buzov bağışlandı
- Avropa Gənclər Yay Olimpiadasında - Azərbaycan 23 medalla 4-cü oldu
- Avropa Ədalət Məhkəməsi Viktor Yanukoviçə tətbiq etdiyi sanksiyaları ləğv edib