ABŞ-ın pilotsuz kəşfiyyat təyyarəsi Krım sahillərində müşahidə edilib
11:24 18 Avqust 2019
ABŞ Hərbi Hava Qüvvələrinin pilotsuz təyyarəsi Rusiyanın Qara dəniz sahillərində kəşfiyyat xarakterli uçuşlar həyata keçirib.
Femida.az “RİA Novosti”yə istinadla xəbər verir ki, “Global Hawk” təyyarəsi səhər saatlarında İtaliyanın hava bazasından çıxaraq Donbassdakı demarkasiya xəttində monitorinq keçirib və sonra Rusiya sərhədlərinə doğru uçub.
Pilotsuz təyyarə Moskva vaxtı ilə təxminən 17 saat ərzində Qara dəniz sahillərində müşahidə olunub. “Global Hawk” Krım hava məkanında uçaraq sonra Krasnodar istiqamətinə tərəf hərəkət edib.
Hətta təyyarənin Kalininqrad bölgəsi yaxınlığında da göründüyü bildirilir.
ABŞ təyyarələrinin kəşfiyyat xarakterli uçuşları Rusiyanın Suriyadakı bazası üzərində də müşahidə edilib.
Məlumata görə, Rusiya Müdafiə Nazirliyinin müraciətlərinə baxmayaraq, Pentaqon hələ də Federasiyanın sərhədlərində kəşfiyyat əməliyyatlarını dayandırmır.
Oxunub: 491
Oxşar xəbərlər
- ABŞ-ın İraqdakı konsulluğunun binası yaxınlığında partlayış olub
- ABŞ-ın döyüş təyyarəsi qəzaya uğrayıb, ölən var
- ABŞ-ın Yuta ştatı Azərbaycana dair bəyannamə qəbul edib
- ABŞ-ın dövlət katibi Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib
- ABŞ-ın Suriyadakı bazası raket atəşinə tutulub
- ABŞ-ın birinci xanımı Ukraynaya gizli səfər edib
- ABŞ-ın Ukraynadakı səfirliyi fəaliyyətini bərpa edib
- ABŞ-ın lizinq şirkəti Rusiyada qalan 27 təyyarəni hesabdan siləcək
- ABŞ-ın İraqdakı bazasına raket hücumu olub
- ABŞ-ın Azərbaycandakı səfiri Ermənistana səfər edib