Rusiya hərbçiləri 8 Gürcüstan vətəndaşını saxlayıblar
12:24 18 Avqust 2019

Ötən gün Gürcüstanda Tsxinvali bölgəsinin inzibati sərhədi yaxınlığında Rusiya hərbçiləri Qori rayonunun səkkiz sakinini saxlayıblar.
Femida.az xəbər verir ki, həmin şəxslər “sərhədi” qanunsuz keçməkdə təqsirləndirilirlər.
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin məlumatına əsasən Qori sakinləri təcridxanada saxlanılırlar. Gürcüstan vətəndaşları ilə bağlı məhkəmənin keçiriləcəyi gözlənilir.
Gürcüstan vətəndaşlarının saxlanılması ilə bağlı ölkənin Xarici İşlər Nazirliyi (XİN) beynəlxalq ictimaiyyətə müraciət edərək, Rusiya hərbçilərinin qanunsuz hərəkətlərinin dayandırılması üçün effektiv tədbirlər həyata keçirməyə çağırıb.
XİN-dən qeyd olunub ki, işğal xəttində tez-tez təkrarlanan təxribat və insidentlər təhlükəzizlik baxımından vəziyyəti gərginləşdirir və münaqişədən zərər çəkən kəndlərdə onsuz da çətin olan humanitar durumu ağırlaşdırır.
Oxunub: 156
Oxşar xəbərlər
- Rusiyaya qanunsuz mal aparan azərbaycanlı saxlanıldı
- Rusiyalı rəsmilər Ali Məhkəmədə
- Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Prezidentin qəbulunda
- Rusiya telekanalları Mehriban Əliyevanın səfərindən reportajlar yayımlayıb
- Rusiya və Azərbaycan arasında mühüm sənədlər imzalanacaq
- Rusiyalı futbolçu Türkiyədə itkin düşdü
- Rusiyada kişi azərbaycanlı hamilə arvadını döydü
- Rusiya Türkiyəyə qırıcı təyyarə yaratmaqda kömək edə bilər
- Rusiyanın Uzaq Şərqdəki Su-34 aviasiya alayı gəmi əleyhinə raketlər alıb
- Rusiya Türkiyə sərhədində hərbi baza tikəcək