Bir ailənin 3 üzvü dəm qazından zəhərlənib


15:45     18 Avqust 2019 klinika.jpg

Bərdədə bir ailənin 3 üzvü dəm qazından zəhərlənib.

Femida.az APA-ya istinadən xəbər verir ki, hadisə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədə baş verib.

Zəhərlənən 1980-ci il təvəllüdlü Hətəmova Gülnarə Muxtar qızı, 1999-cu il təvəllüdlü Hətəmov Ramin Şakir oğlu və 2000-ci il təvəllüdlü Hətəmova Fidan Elxan qızı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 282