Şabranda kanalizasiya sistemi partladı - Qəsəbələr tullantılar altında qaldı


16:42     18 Avqust 2019 19_08_18_1566132202.jpg

Şabran rayonunda kanalizasiya sistemi partlayıb, böyük ərazi tullantılar altında qalıb.

Rayonun ümumi kanalizasiya xəttinin V. Abdullayev adına qəsəbəsində zədələnərək partlaması səbəbindən təxminən 3 hektar ərazi tullantıların altında qalıb. Bu səbəbdən ərazini üfunət bürüyüb.

Qeyd edək ki, tullantılardan yaranmış gölməçənin suyu yaxınlıqdan keçən su kanalına tökülərək, Xəzər dənizinə axır.

Sakinlər epidemioloji-gigiyenik qaydaların pozulmasından, müxtəlif xəstəliklərin yaranmasından narahatdırlar. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 385